Çox Qəribə Bir Millətik

TAKİP ET

Çox qəribə bir millətik

Çox qəribə bir millətik. İçimizdə diktator sevgisi elə kök atıb ki, bundan qurtulmaq çox çətindir. Bir vaxtlar maşınları Səddam Hüseynin şəkilləri ilə bəzəyirdik. Qəddafiyə yas saxlayıb, Hüsnü Mübarəkin halına acıyırıq. Hələ, Bəşər Əsədə simpatiyası olanlarımız da az deyil. Gürcüstanda xalq demokratiya üçün mücadilə aparanda bizimkilər Şivarnadzenin ətəyini buraxmadılar. Lukaşenko aşiqlərimiz də az deyil. Belə millət olarmı...? Bir millətin ki, düşüncəsi bu ola ki, dövlətin başına dəmir əli olan adam lazımdır, bir millət ki, Əbülfəz Elçibəyi humasitliyinə görə qınaya: "adam tutdura bilmirdi, baş kəsməyi bacarmırdı,- deyə, o millətin dövləti necə olmalıdır ki...? Kəramət Böyükçöl demişkən: Adamın vətənpərvərlik ruhunu nə qədər qaldırıb. salmaq olar? 1993-ci ildən bu günə ölkənin talandığını bilirik, bu gün də həbsxanalar Qarabaq qaziləri ilə doludur- bunu da bilirik. erməninin başına pul qoyduğu igidlərimizin Bakıda öldürüldüyünü də hamıdan yaxşı bilirik. Çox şeyləri bilirik. Hətta Putinin bir zənginə aprel döyüşlərinin dayandırıldığını və neçə-neçə say seçmə oğullarımızın qanlarının yerdə qalması gözümüzün önündə baş verdi. Bunu da bilirik... Həbsxanalarda Azərbaycan xalqının övladlarına verilən işgəncələri də çox gözəl bilirik. Bu hakimiyyətin bizə vurduğu zərbənin heç sovet hökümətinin də vurmadığını bilməyənimiz yoxdur. Bütün bunları yaxşı bilirik... Di gəl ki ... Azərbaycan hakimiyyəti Turan quracaqmış.., Ay sizi şad xəbər olasınız, nə yaxşı dediniz! Azərbaycan Ordusunun anasını ağladanlar Qarabağı alacaqlarmış, Ay Allah, nə qəribə düşüncə... Bu millət nə vaxt anlayacaq ki, hər kəs Azərbaycanı yağlı tikə görür. Bu millət nə vaxt anlayacaq ki, bu gün bütün dövlətlər üçün Azərbaycandan gedən neft-qaz kəmərlərinin taleyi Qarabağdan daha vacib məsələdir. Hər kəs özünün payını qoruyur. Bu millət nə vaxt anlayacaq ki, nə illərdir onun başını kəsən, ölkəsini talayanların, nə də onları bəsləyib arxasında duranların Azərbaycana xeyri dəyə bilməz.... Nə vaxt başa düşəcəyik bunu axı... Bu qədər sadəlöhv xalqmı olar... Elşən Əlisoy

Azerbaycan ƏBÜLFƏZ ELÇİBƏY Kəramət Böyükçöl Qarabağ Turan