İdeologiya

TAKİP ET

Dünyada ən güclü silah ideologiyadır

Dünyada ən güclü silah ideologiyadır. Bu gün inkaşaf etmiş və dünyada hökm sahibi olmaq istəyən dövlətlər öz xalqlarını irəli aparmaq üçün milli konsepsiyalar hazırlayaraq millətlərini keçmişinə, tarix və ənənəsinə bağlılıqla bərabər,gələcək haqda da düşünməyə vadar edirlər. Heç bir məqsəd və amalı olmayan insanın gələcəyi olmadığı kimi gələcək üçün strateji konsepsiyası olmayan dövlətlərində sonunun məhvə məhkum olduğu hər kəsə məlumdur. Dövlət fərdlərdən ibarət olduğundan  hər bir kəsin və dövlətin gələcək üçün baxışları və milli ideolagoyasının olması vacibdir. Milli ideologiyanın başında dayanan əsas amil Milli kimlik və vətənə bağlılıqdır. Böyük Atatürk demişdir ki, “ Milli kimliyini dərk etməyən millətlər başqa millətlərə yem olacaqlar” Çox böyükvə həmdə ibrət götürüləsi bir kəlamdır. Unutmaq lazım deyil ki, imperiyalist dövlətlər həmdə öz məqsədlərinə xidmət etdirmək üçün başqa yerlərdə də “ ov “ axtarışına çıxırlar. Onların “ov”ları əsasən uzun müddət müstəmləkə olmuş və bunun nəticəsində assimliyasiyaya uğrayaraq öz milli kimliklərini unudan insanlar olurlar. Belə tip insanları müxtəlif vasitələrlə əla alaraq öz dövlətlərinin strategiiyasına alət edə bilirlər. Çox təssüf ki, Rus imperiyasının “əritmə” maşınından keçən Azərbaycanda da bu məsələdə yetərincə boşluq var. Artıq 28 ildir müstəqil olmağımıza baxmayaraq insanların bir çoxundan millyətini soruşsaq ya “azərbaycanlıyam” deyəcək ya da “müsəlman” olduğunu bildirəcək. Hətta bir çoxuna “sən Türksən” deyəndə xətirinədə dəymiş olarsan. Bu özünü inkar prosesi millətimizlə bərabər dövlətimizədə çox ciddi zərbə vurur. Belə insanları özlərinin malalayaraq öz istəkləri halına saldıqları dini cərəyanlara yönəldə və vətəninə qarşı havayı döyüşən imperiyalist ordusu yarada bilirlər. Bu boşluğun nəticəsidir ki, bu gün hətda özünü savadlı sayan əslində isə milli bağlılığını itirən bəzi “ liberallarımızı” ermənilərlə qol - boyun olub oynada və yaxud da cahil dindarımız Qarabağ adlı cihad məkanını unudaraq Suriyada imperialist qüvvələr üçün döyüşdürə bilirlər. Milli idelogiya həm də keçmişdə itirdiklərini yenidən əldə etmək üçün yürüməkdir. Təssüf ki, bu məsələdə də millət olaraq çox faciəvi durumdayıq.  Bu gün Qarabağı geri qaytarmağın yollarını fikirləşən , bu məsələni heç olmasa həftədə bir dəfə müzakirə edən insanlarımızı barmaqla saymaq olar. Milli ideologiya daşıyıcısı olmamağımızın nəticəsidir ki, bu gün insanlarımızın bir çoxu ancaq bu günü üçün yaşayırlar. Təbii ki, buna səbəblərdən biri də bilərəkdən yaradılmış sosial problemlərdir. Ancaq biz gələcəyimizi fikirləşsəydik bu gün ki, sosial problemlərimizdə olmazdı. Özünü dərk, keçmişinə sahib olmaq ideologiyanın əsas əmili olmalıdır. Bu gün Cənubi Azərbaycan haqda danışanda hələ gedib Fars şovnizminə çata bilmirik. Öz içimizdə manqurtlaşdırılan, İran ayyətullahlarına bağlı və ya qorxaq pisxologiyanın daşıyıcısı olan adamlarla savaşmağa məcbur oluruq. Yaqin ki,”indi də İranı düşmən etdiniz”deyən adamlarla çox rastlaşmısınız. Turandan danışmaq isə risk tələb edir. Əslində millətimizi qüdrətli gələcəyə səsləyən Turan ideyası bir çox adamların gözündə məzəli bir nağıl kimi görünür. Tarixdə heç bir çəkisi, dövləti olmayan hətta adları belə Türk adları olan ermənilərin ( Dəmirçi- yan , Nalbənd – yan ) bu gün əldə etdiklərinin səbəbi Rusiyanın dəstəyi ilə bərabər həmdə yalançı ideologiya olan “ Dənizdən Dənizə Ermənistan” ideologiyasıdır. Mən inanmıram ki, bu gün Ermənistanda “dənizdən-dənizə Ermənistan quracağıq” deyən adama lağ edən ciddi bir çoxluq ola. Bütün bunlar onu göstərir ki, nəsə əldə etmək istəyirsənsə, birinci məqsəd və məramını bilməli , onu özünün həyat pirinsipinə çevirməli və o ideyanı özünün, ailənin, dövlətinin həyat məsələsi bilməlisən. Bax onda Xocalını unudub Fələstin üçün göz yaşı axıdanların sayı az olacaq. Bax onda başqa millətlərin imzasının içində bizim də imzamız olacaq! TANRI TÜRKÜ QORUSUN VƏ YÜKSƏLTİN !