İranda baş verənlər kimlər üçünsə "yorğan davası", bizlər üçünsə, TÜRKÜN DAVASIDIR!

TAKİP ET

"Təbriz ehtiyyatlı davranır", "Təbrizi tələyə salmaq istəyirlər", "fəalları üzə çıxardırlar" kimi sözlər əslində fəaliyyətsizliyin bəhanələri, qərarsızlığın "malalanması"dır

"Təbriz ehtiyyatlı davranır", "Təbrizi tələyə salmaq istəyirlər", "fəalları üzə çıxardırlar" kimi sözlər əslində fəaliyyətsizliyin bəhanələri, qərarsızlığın "malalanması"dır.  İran molla rejimi artıq insanların yox, Tanrının qəzəbinə gəlib. Ard-arda rüsvay olan rejim artıq farslardan olan dayaqlarını da itirməyə başlayır. Bir neçə illər öncə İmam Mehdinin yer üzündə naibi kimi təqdim edilən Xameneinin bu gün şəkillərini yandırır, istefa verməsini tələb edirlər. Artıq totalitarizmin bünövrəsi çökür, sütunları dağılır. İranda yaşayan xalqlar ayaqdadırlar. Fars molla rejimi yol üstədir...! Güney Azərbaycan türkləri hələ ki, proseslərə ciddi şəkildə qoşulmurlar. Burda ehtiyatdan çox ümumi qorxu görürəm. Bəlkə də zaman-zaman güneyli soydaşlarımızın başlarına açılan faciələr bu gün haqq davasıda vaxtında kükrəyə bilməmələrinin əsas səbələrindən biridir. Ancaq güneyli soydaşlarımız və ümumi türk milləti unutmasın, bu gün başlayan etiraz aksiyaları, sabah millətlərin pay davasına çevriləcək və biz yatacağıqsa öz torpaqlarımızı itirəcəyik. "Amerka filan xalqa dövlət qurur", "Amerka onu buna verdi, bunu ona verdi" kimi sözləri doğru hesab etmirəm, hər kəsin bir oyunu, bir marağı var, o cümlədən ABŞ-ın. Ancaq torpağı istəyənə verirlər, dövləti onun uğrunda canından keçənə qururlar. Diyəsən bizdə Qarabağ ancaq araq məclislərində yada düşürsə, güneydə də azadlıq davası saz çalanda yada düşür. Halnan dövlət xatırlayanlar, qanla dövlət quranlara uduzub, uduzacaq da... Bu həm də bir ilahi ədalətdir. Əldə etmək üçün uğrunda savaşmalısan! Görün hansı bir halla düşdük ki, İran rejiminin dayağı olan farslar Xomneiyə istefa deyir, azadlıq tələb edir, farsların əsarətində əzilən türk milləti fars generalına matəm saxlayır, göz yaşı tökür. Görün hansı günə düşmüşük ki, İranmolla rejiminin sütunu farslar, türkləri rejim əlehinəı mübarizəyə səsləyir və deyir: KİŞİ OLUN, MOLLANIN CİBİNDƏ OTURMAYIN...! İnqilablar beşiyi olan Təbriz türkü bu sözü özünə dedirdərmi...? Xiyabaninin, Səttarxanın, Bağır xanın ruhları sizdən inciməzmi ay soydaşlarım, ay qəhraman Güney Azrbaycan! Axı biz də BəzzQalasında yanan ocağın həsrətindəyik! UNUTMAYAQ, İRAN DEYİLƏN COĞRAFİYADA GEDƏN DAVA KİMLƏR ÜÇÜNSƏ "YORĞAN DAVASI", BİZLƏR ÜÇÜNSƏ TÜRKÜN DAVASIDIR!