Zakir Həsənovun Nəm Çəkmiş Mərmisi…

TAKİP ET

1994-ci ilin o bədnam atəşkəs müqaviləsindən sonra da ermənilər quduz it kmi üstümüzə hürməyə davam etdilər

1994-ci ilin o bədnam atəşkəs müqaviləsindən sonra da ermənilər quduz it kmi üstümüzə hürməyə davam etdilər. Azərbaycan hakimiyyəti isə “balanslaşdırılmış siyasət” akordları altında, xalqa “Qafqazın ən güclü ordusu” şarkısını oxuyub, küçədə döyülüb atasının üstünə qaçan uşaq  kimi, cəbhədə hər güllə səsi gələndə xarici təşkilatlara tərəf qaçan qorxaq uşağa döndü. Belə bir məsəl var: “Xalq öz liderinə bənzəyər” . Çox təəssüf ki, bir zaman, “Ya Qarabağ, ya ölüm” şüarı ilə cəbhədə vətən üçün canını fəda edən Azərbaycan xalqıda hakimiyyətə bənzəməyə başladı. Bir zaman cəsarətlə: “Rus, fars, erməni,bunlar Türkün düşməni” hayqıran əzəmətli Azərbaycan xalqı, “Qarabağın açarı rusun əlindədir, biz kimik ki…”, “əşi, Qarabağ qayıdan deyil…” – deməyə başlayan, mənliyi çatlaq bir kütlə ilə əvəzləndi. 1994-cil ilin o bədnam atəşkəs müqaviləsindən sonra Azərbyacan vətəndaşsız qaldı… May ayı “qələbə” ayıdır. May ayında ermənilər havadarları Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarının işğalını qeyd edir, Azərbaycan xalqı da Rusların qələbəsini... Hansı ki, o “qələbədə Rus imperiyası qanını sorduğu Bakıya qəhraman şəhər adı da vermədi. Bir vaxtlar, “Şuşa getsə, başıma güllə sıxaram” deyən Rəhim Qazıyevin gülləsinin barıdı nəm çəkdiyi kimi, “Xangəndini vuraram” deyən Zakir Həsənovun da raketinin pistonu nəm çəkdi. Zakir Həsənovun pistonunu nəmlədən isə, alnından axan xəcalət təri idi. Bəli, GENERALIN XƏCALƏT TƏRİ BÜTÜN ARTİLERİYAMIZIN MƏRMİSİNİ NƏMLƏTDİ… Paşinyan növbəti dəfə Qarabağa səfər etdi, həm də qələbə bayramını qeyd etmək üçün. Paşinyan Qarabağa deputat Elman Nəsirovun dediyi kimi əyilə-əyilə gəlməmişdi. Vallahi-billahi özüm gördüm, dim-dik, şəstlə gəldi, hələ yallı da oynadı. Bu arada,  Bakının üstünü yenə də qərİbə duman aldı. Bunun nə olduğunu bilməyən insanlar hərəsi bir söz dedi. Ancaq əsl olan bilirsinizmi nə idi?! Bakının üstünü bürüyən o duman, Paşinyanın Şuşada çəkdiyi kababın tüstüstü idi… Mən ermənilərin Kəlbəcərdə Azərbaycan dilində oxuduqları meyxananın ilk 10 saniyəsinə baxa bilmədim. Özümü namusuna təcavüz olanan bir elin, kol dalında gizlənən qorxaq bir övladına bənzətdim. Həmin o 10 saniyədə yaşamağın mənası gözümdə o qədər ucuzlaşdı ki… Sosial şəbəkə Paşinyanın Qarabağda qol götürüb oynadığı kadrların videosu ilə dolubdur. Hətta videoların altıda o qədər mənasız gülüş işarələri var ki, sanki Azərbaycan əsgəri Qarabağda Paşinyanın boynuna ip salıb oynadır. “Millət nəsə çox qəribə olub e” deyə düşünmək istədikdə , Azərbaycan prezidentinin illərdir ki, erməni prezidentləri ilə deyib-güldüyü “növbəti uğurlu görüşləri” gözümün önünə gəldi . Xalq öz liderinə oxşayır, sadəcə biraz fərqli aqresiyyası var. Zakir Həsənovun nəm çəkmiş mərmilərini günəşin altına qoyub qurutmaq lazımdır. Bir də, generalın alnına dəsmal bağlamağı unutmayın, olmadı elə, oldu belə, birdən o xəcalət tərindən yenə qalar və o tər axıb mərmiləri isladar. Gürcülər də bizdən torpaq istəyir axı…