"İdeaIIer yıIdızIar gibidir. OnIara beIki uIaşamazsınız ama bakarak yönünüzü tayin edebiIirsiniz".
Başbuğ AIparsIan Türkeş
Tanrı Türk millətini heç bir zaman başsız-lidersiz buraxmayıb. Ən çətin dönəmlər də belə, ulu millətin ocağından bir qığılcım parlayıb və bu qığılcım böyük bir nura dönərək, milləti irəliyə, əzəmətli bir gələcəyə doğru aparıb. Ümidgahı Tanrı, yolbayı Bozqurd olan bu nəhəng liderlərdən biri, böyük dava adamı Başbuğ Alparslan Türkeşdir. Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada dünyaya gəlib. Əslən Kayserilidir, ulu türk boylarından olan Afşar boyundandır. Babasının Sultan Abduləzizin fərmanı ilə kıbrısa sürkün edilən Alparslan Türkeş həbslər və işgəncələrlə dolu olan həyat yolunda şərəfi ilə yürüyərək türk millətinin başbuğu adını qazanmışdır. Babasının qoyduğu adla yanaşı millətin verdiyi BAŞBUĞ adını şərəflə daşıyan Başbuğ Alparslan Türkeş Türkiyə sınırlarından çıxaraq, Türk Dünyasının liderinə çevrilmişdir. Qəlbi hər zaman Türk Dünyası ilə, ən əsas da Kıbrıs və Azərbaycanla döyünən bu böyük dava adamı haqqında çox sözlər deyilmiş, çox yazılar yazılmışdır. Mənim üçün Başbuğ Alparslan Türkeş Azərbaycanın Azadlıq rəmzi olan "Azadlıq meydanı" nda, müstəqilliyimiz üçün savaşda, "sizi bağrıma basıram" deyən, bunla kifayətlənməyib lideri olduğu Milliyətçi Hərəkat Partiyası ilə birgə Azərbaycanın istiqlal hərəkatının yanında olan bir türk liderdir. Azərbaycanda müstəqillik və demokratiya uğrunda mübarizə aparan hər bir insan üçün böyük bir qardaşlıq tarixi var. 1992-ci ildə Azərbaycana gələrək liderimiz və ölkənin ilk və hələlik son prezidenti olan Əbülfəz Elçibəyə dəstək verən, qardaş Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri elan edən ilk türkiyəli siyasətçi məhz Başbuğ Alparslan Türkeş oldu. "İsIamiyet’i eIe aIıp TürkIüğü inkâr etmek ihanettir. Bunun tersi de aynı derecede gafIet ve ihanettir", - deyən Başbuğa bu gün Türk Dünyasında, əsasən də qardaş Türkiyədə daha çox ehtiyac olduğunu düşünürəm.
Daima Türk millətinin kökünə, törəsinə bağlı olmasını vacib buyuran Başbuğun ülküçü gənclərə ünvanladığı kəlamlar hər birimiz üçün bir ibrət, bir dədə öyüdü olmalıdır. "Kökündən qopan yarpağın taleyini rüzigar təyin edər",- deyən liderimiz hər birimizin yaşam və ayaqda durmaq üçün ən böyük vacib işin kökümüzə bağlı olmağımızın olmasını tələb etmişdir. Başbuğ Alparslan Türkeşin ən önəm verdiyi türk gəncliyidir. "Hər biriniz bir Türk Bayrağısınız, Bayrağı ləkələməyin, kirlətməyin, yerə düşürməyin", - deyən Başbuğ türk gəncliyini Bayrağa bənzətmiş, ən mühüm vəzifə və tapşırıqlarını gənclərə vermişdir. Türk tarixində ilk Ülkü Ocaqlarının qurucusu da məhs Başbuğ Alparslan Türkeşdir.
Türk milləti Başbuğ Alparslan Türkeşi öyrənməli, onun yazdığı əsərləri oxuyub, öyrənmək türk gəncliyinin ən ümdə vəzifələrindən biri olmalıdır. Liderimiz Əbülfəz Elçibəyin bizləri yönləndirdiyi, Millətləşmə, dövlətləşmə, bütövləşmə ideoloji hədəfi ilə yanaşı, liderimiz Başbuğ Alparslan Türkeşin müəllifi olan ""Doqquz İşıq" Ülkücü Hareketin Tarihi" əsəri hər birimizin stolüstü kitabımız olmalıdır. Mən ümid edirəm ki, Başbuğun hədəflərimizi aydınladan bu dəyərli əsəri Azərbaycan türkcəsində də nəşr ediləcək. Bu gün Türk Dünyasının qəlbi sayılan Türkiyədə Başbuğun yeri daha çox görünür. Türkiyənin Başbuğun nizam-intizamına çox böyük bir ehtiyacı var, Türk millətini heç bir zaman başsız qoymayan ulu Tanrının bu dəfə də millətimizi lidersiz qoymayacağına inanıram.
Tanrı bu böyük kişinin -Qurd Dədənin ruhunu şad etsin.
Elşən Əlisoy